Sizin Reklam Burada

İran generalları İrəvana köməyə gəldi...

İran generalları İrəvana köməyə gəldi...İranın bir qrup yüksək rütbəli hərbçisi Ermənistana gəlib. Ermənistan mətbuatı İrəvanın “Zvartnots” hava limanında enən təyyarədən 10-a yaxın yüksək rütbəli zabitin düşdüyünü yazır.

Qeyd olunur ki, iranlı generalların İrəvana gəlişi Ermənistan-Azərbaycan sərhədindəki gərginliklə bağlıdır.

“Konkret hansı məqsəd və ya təkliflə çıxış edəcəklərini söyləmək çətindir, lakin bölgədəki hərbi-siyasi gərginliyin İranı narahat etdiyi şübhəsizdir”,-deyə məlumatda qeyd olunur.

Xatırladaq ki, bir neçə gün əvvəl İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri Mojtaba Zolnuri Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə toxunaraq, İran İslam Respublikasının bölgədəki hər hansı bir dəyişikliyi qəbul etmədiyini vurğulamışdı.

“Əgər Ermənistan ərazilərinin bir hissəsini almaq istəsələr, sərhədlərimiz dəyişdiriləcək, yəni yeni bir problemimiz olacaq, bu bizim üçün məqbul deyil. İran İslam Respublikasının Ermənistanla ortaq sərhədi qorunmalıdır", - deyə Mojtaba Zolnuri deyib.

Siyasi şərhçi Asif Nərimanlı deyir ki, İran hərbçilərinin Ermənistana hərbi yardım təklifi ilə gəldiyi də istisna deyil.

“Tehran üçün Rusiyadan və KTMT-dən dəstək ala bilməyən Ermənistana kömək etmək bölgədə mövqelərini gücləndirmək baxımından yaxşı fürsətdir. Tehran Nikol Paşinyanı bölgədə Bakıya qarşı mübarizədə İrəvana kömək edəcək yeganə gücün İran olduğuna inandırmaq istəyir. Qarabağ müharibəsindən sonra İranın bölgədə həm də “çirkli pulların” yuyulması mexanizminə ziddi zərər dəyib və Tehran bütün vasitələrlə itirdiklərini bərpa etməyə çalışır”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər