Sizin Reklam Burada

Maltadan Mənsimova ZƏRBƏ: Çoxsaylı aktivləri DONDURULDU

Maltadan Mənsimova ZƏRBƏ: Çoxsaylı aktivləri DONDURULDUTürkiyə hüquq-mühafizə orqanları tərəfindən həbs edilən (FETÖ-çu ittihamı ilə) azərbaycanlı gəmiçilik maqnatı Mübariz Mənsimovun Maltadakı çoxsaylı aktivləri London məhkəməsinin qərarı əsasında dondurulur.

"Malta Today" nəşri xəbər verir ki, Mənsimovun İstanbulda mənzillənən gəmiçilik konqlomeratının aktivləri son 20 il ərzində Maltada yerləşirdi. Çünki bu ölkə gəmiçilik sahəsində xeyli liberal qanunlar tətbiq edir. Lakin Mənsimov həbs edildikdən sonra onun Maltadakı aktivlərinin də kütləvi şəkildə dondurulması prosesi başlayıb.

Bu aktivlər isə onlarla gəmidən və şirkətlərdən ibarətdir. Nəşr onların siyahısını da dərc edib: “Palmali İnternational Holding Company”, “Palmali İnternational Holding Two”, “Palmali Logistics”, “Palocean Shipping”, “Paloffshore Oil Services”, “Palriver Shipping”, “Palsea Shipping”, “Tampal Trade”,“Pal Food”, “Palchem ​​Holding” , “Palmali Dry Cargo”, “Palmali Voyager”, “Caspian Holding”, “Pal Air”, “Pal Gas Holdling”, “Barge Oil Services”, “GMM Shipping & Trading” və GMM Holding.

2020-ci ilin may ayında London Yüksək Məhkəməsinin çıxardığı hökmə əsasən “Palmali” holdinqinin bütün dünya üzrə aktivləri dondurulur. Hökmə əsasən əgər Mənsimov və onun şirkətinin katibi Coan Spiteri hansısa aktivi satsa bu məhkəməyə hörmətsizlik kimi qiymətləndiriləcək. Spiteri artıq 2020-ci ilin aprelində şirkətdən istefa verib. Məhkəmə hökmü Rusiyanın “Sberbank”ının iddiası əsasında çıxarılıb. “Palmali” şirkətinin banka yüz milyonlarla dollar borcu var. Məhkəmə habelə Mənsimovun İngiltərədəki 261 milyon dollarlıq aktivlərinə də həbs qoyub. /Virtualaz.org

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər