Sizin Reklam Burada

Ermənistan ordusu 16 itki verib

Ermənistan ordusu 16 itki verib2020-ci ilin birinci rübündə Ermənistan ordusu 16 itki verib.

Publika.az xəbər verir ki, bu barədə Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisinin hesabatında deyilir.

Hesabat mediadakı məlumatlar və rəsmi mənbələrə, eləcə də ofisin Müdafiə Nazirliyinə, Baş prokurorluğa və İstintaq Komitəsinə ünvanladığı sorğuların cavablarına istinadən hazırlanıb.

Hesabatda deyilir: “Yanvar-mart aylarında orduda 16 ölüm hadisəsi qeydə alınıb. Bunlardan 5-i intihar, 5-i sağlamlıq problemi, 4-ü qəza, 1-i atəşkəs rejiminin pozulması, 1-i isə avtomobil qəzası zamanı baş verib”.

Hesabatda qeyd olunur ki, bu göstəricilər 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə çoxdur.

“2019-cu ilin müvafiq dövrü ilə müqayisədə intihar hallarının, sağlamlığa görə ölümlərin və qəza nəticəsində ölənlərin sayı artıb. Misal üçün, 2020-ci ilin birinci rübündə sağlamlığa görə 5 ölüm hadisəsi qeydə alınıb, ötən ilin birinci rübündə bu rəqəm 3 idi”, - qeyd olunur.

Bildirilir ki, bu ilin 3 ayı ərzində ölən 16 hərbçinin 5-i çağırışçı, 7-si müddətdən artıq həqiqi hərbi xidmət keçən (MAXE), 4-ü isə zabit olub.

“Çağırışçı olan hərbçilərin ölümü əsasən intihar (3) və sağlamlıq (2), MAXE-lərin ölüm səbəbi qəza (4) və sağlamlıq, intihar, zabitlərin ölüm səbəbi isə sağlamlıq (1), intihar (2) və avtomobil qəzasıdır (1)”, - hesabatda qeyd olunub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər