Sizin Reklam Burada

İranda koronavirusdan ölənlərin sayı artıb

İranda koronavirusdan ölənlərin sayı artıb
İranda daha 2 nəfər koronavirusdan dünyasını dəyişib.

Modern.az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin müdiri Kiyanuş Cahanpur deyib. Onun sözlərinə görə, bu rəqəm aparılan analizlərin nəticəsində əldə olunub.

Cahanpur əlavə edib ki, virusa yoluxanların əksəriyyəti Qum şəhəri sakinidir və ya son günlərdə bu şəhərə səfər edənlərdir.

Nazirlik rəsmisi qeyd edib ki, 13 nəfərin 7-si Qum şəhəri, 4-ü Tehran, 2-si isə Gilan vilayətindədir.

Cahanpur deyib ki, Ərak şəhərində koronavirus şübhəsi ilə əlaqədar 8 nəfərin bu virusa yoluxmadığı bəlli olub. Ərak şəhərində virusa yoluxan həkimin vəziyyəti ötən günlə müqayisədə yaxşıdır.

Nazirlik rəsmisi ötən günlər ərzində 735 nəfərdən çox şəxsin yeni koronavirus şübhəsi ilə xəstəxanada yatırıldığını deyib.

Qeyd edək ki, 19 fevralda İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi 2 nəfərin yeni koronavirusa yoluxması nəticəsində dünyasını dəyişdiyini təsdiqləyib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər