Sizin Reklam Burada

İranın vacib günündə KORONAVİRUS ŞOKU - Milyonlarla insan evindən çıxmayacaq

İranın vacib günündə KORONAVİRUS ŞOKU - Milyonlarla insan evindən çıxmayacaq Xəbər verdiyimiz kimi, bu gün İranda parlament seçkiləri keçirilir.

Publika.az xəbər verir ki, 57 milyon 918 min seçici 208 seçki bölgəsində qurulan 55 min məntəqədə səs verəcək.

11-ci dəfə formalaşdırılacaq parlamentin 290 üzvünü müəyyən edəcək seçkilərə qatılmaq üçün müraciət edən 16 min 33 nəfərdən 7 min 148-nin namizədliyi təsdiq olunub. Rəqəmlərə əsasən, 290 mandatlıq parlamentdəki hər yer üçün 24 nəfər mübarizə aparır.

Paytaxt Tehran 35 millət vəkili ilə məclisə ən çox deputat göndərəcək bölgədir.

Ölkədə 2 milyon 931 min 716 nəfər ilk dəfə səsvermə prosesində iştirak edəcək. Nəticələrin sabah səhər saatlarından etibarən açıqlanması planlaşdırılır.

Seçkilərdə namizəd olmaq üçün müraciət edənlərdən bir çoxunun Konstitusiya Mühafizəçiləri Şurası tərəfindən veto edilməsi səbəbilə, xüsusilə, islahatçı qanada mənsub seçicilərin inamının azaldığı, buna görə də seçkilərdə aktivliyin aşağı olacağı gözlənilir.

Bundan başqa, Çindən dünyaya yayılan və İranda 2 nəfərin ölümünə səbəb olan koronavirusun da aktivliyə əhəmiyyətli dərəcədə təsir edəcəyi istisna olunmur. Çünki ölkənin səhiyyə qurumları zərurət olmadığı təqdirdə insanların kütləvi toplaşmaması barədə xəbərdarlıq edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər