“Əliyev-Putin görüşü diplomatik uğur kimi qəbul olundu”

“Əliyev-Putin görüşü diplomatik uğur kimi qəbul olundu”Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev ötən gün Tacikistanın paytaxtı Düşənbədə Azərbaycan və Rusiya Prezidentlərinin görüşü barədə Elchi.az-ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:

-Qüdrət bəy, Azərbaycan və Rusiya prezidentlərinin görüşünü necə qiymətləndirirsiniz?

-Xalqımız necə qiymətləndirdisə, mən də elə. İnanırdım ki, Prezidentlər görüşüb yaranmış gərginliyi aradan qaldıra bilər. Azərbaycan həmişə Rusiya ilə qarşılıqlı hörmətə əsaslanan bərabərhüquqlu münasibətlərin inkişaf etdirilməsinin tərəfdarı olub. Yaranmış gərginlik Rusiyanın AZAL-ın sərnişin təyyarəsinin Rusiyanın hava məkanında vurulmasından sonra sərgilədiyi anlaşılmaz və qəbul edilməsi mümkün olmayan mövqeyinə görə idi. Azərbaycan Respublikası Prezidentinin baş verənlərə adekvat və prinsipial, amma təmkinli yanaşması münasibətlərin tamamilə geridönməz formada korlanmasının qarşısını aldı. Hansı ki, çoxları bunu arzu edirdi. Rusiya Azərbaycanın bu mövqeyini qiymətləndirməyi bacardı və atmalı olduğu addımı atdı. Azərbaycanın və Rusiyanın strateji maraqları dost və müttəfiq olmağı tələb edir. İlham Əliyev azərbaycanlıların və dövlətin maraqlarını uzlaşdırmağı bacardı. Dünənki görüş məhz bu səbəbdən, xalqımız tərəfindən böyük diplomatik uğur kimi qəbul olundu.

-Prezidentlər arasında daha hansı məsələlər müzakirə mövzusu ola bilər?

-Düşünürəm ki, Rusiyada yaşayan azərbaycanlıların hüquqlarının qorunması, onların təqibinə son qoyulması ilk müzakirə olunan məsələlərdən biri ola bilərdi.

Eyni zamanda azərbaycanlıların qanunsuz neft satışına cəlb olunması, Rusiyadan İrana Azərbaycan üzərindən qaz kəmərinin çəkilməsinə Azərbaycanın razılığı qarşısında Türkmənistandan Azərbaycana Transxəzər qaz kəmərinin çəkilməsinə də Rusiyanın problem yaratmaması, Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsi də yəqin ki, müzakirə olunan məsələlərdən olub. O cümlədən təhlükəsizlik və bütün istiqamətlər üzrə əlaqələrin inkişaf etdirilməsi məsələlərinin də müzakirə olunması heç kimdə şübhə doğurmur.


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər