“Müsəlman dövlətləri Pakistanın nüvə arsenalının gücləndirilməsinə kömək etməlidirlər”

“Müsəlman dövlətləri Pakistanın nüvə arsenalının gücləndirilməsinə kömək etməlidirlər”Ədalət, Hüquq, Demokratiya Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik:

- Qüdrət bəy, Ərdoğanın Trampla görüşü barədə fikirlərinizi bilmək istərdik...

- Tramp hakimiyyətə gələndə demişdim ki, bölgəmizdə siyasi proseslərə yön verəcək 4 ciddi lider olacaq.Tramp, İlham Əliyev, Ərdoğan və Putin.Tramp İlham Əliyev və Putinlə görüşüb, indi Ərdoğanla görüşür. Hər bir halda görüşün faydalı olacağına inanıram. Türkiyə öz nüvə silahına sahib olana qədər, Ərdoğan Pakistanın nüvə silahının (ən azı 50 nüvə başlığının) Türkiyədə yerləşdirilməsinə çalışmalıdır. Bunun üçün o ABŞ-nin razılığını almalıdır. Müsəlman dövlətləri Pakistanın nüvə təhlükəsizliyi çətirinin altına girmək üçün onun nüvə arsenalının gücləndirilməsinə kömək etməlidirlər.

- Dövlət Baxçalının, “Türkiyə Rusiya və Çinlə müttəfiq olmalıdır”, - çağırışını necə dəyərləndirirsiniz?

- Siyasi partiyaların öz ölkələrinin gələcəyi ilə bağlı fikirlər səsləndirmək haqqı var. Amma düşünürəm o bunu Ərdoğanın ABŞ-yə səfəri zamanı qəsdən səsləndirib, ABŞ-ni danışıqlarda daha konstruktiv etmək üçün. Baxçalı da bilir ki, Türkiyəni heç vaxt Avropa İttifaqına qəbul etməyəcəklər. Ona görə türk dövlətlərinin, İranın və Rusiyanın iştirakı ilə Avrasiya məkanında Avropa İttifaqı modelində yeni bir ittifaq qurulsa, bu, bölgədə davamlı sülhə, təhlükəsizliyə və firəvanlığa gətirər. Avropa İttifaqı ilə Çin arasında yeni bir siyasi-iqtisadi güc formalaşar. Bu barədə əvvəllər çox danışmışam.

- Hazırda Fələstin dövlətini tanıyan ölkələrin sayı artmaqdadır. Hazırki vəziyyətdə Azərbaycan da bu prosesdə ilk ölkələr sırasına qoşula bilərmi?

- Buna qətiyyən ehtiyac yoxdur. Biz, ərəb və yəhudu xaqlarının sülh içərisində yaşamaları üçün beynəlxalq ictimaiyyətlə, islam ölkələri ilə birlikdə çalışmalıyıq ki, Fələstinin dövlət kimi tanınmasının zəruriliyinə İsraili inandıraq və İsraillə birlikdə, eyni vaxtda Fələstin dövlətini tanıyaq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər