Yazıçılar Birliyi ölüdən də pul tələb edir

Yazıçılar Birliyi ölüdən də pul tələb edirAzərbaycan Yazıçılar Birliyi (AYB) üzvlük haqqını ödəməyən yazıçı və şairlərin siyahısına 6 il əvvəl vəfat etmiş şəxsin adını da salıb.

“Yeni Sabah” xəbər verir ki, 58 nəfərlik siyahıda mərhum şair Amil Aveyin də adı var.

O, 2020-ci il noyabrın 23-də yaşadığı Almaniyada vəfat edib.

AYB-nin siyahısında Amil Avey də borcli kimi göstərilib.

Xatırladaq ki, Amil Avey (Amil Yusif oğlu Məmmədov) 1953-cü il yanvarın 28-də də Qazax rayonunun Qazaxbəyli kəndində anadan olub.

Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin axşam bölməsini bitirən Amil Aveyin imzası 1990-cı illərin əvvəllərindən “Müxalifət” qəzetində dərc olunan məqalələri ilə məhşurlaşmışdı.

O, 2009-cu ildə AYB-yə üzv seçilmişdi.

Amil Avey yaradıcılığa orta məktəbdə oxuduğu illərdə poeziya ilə başlamışdı. Daha çox folklor üslubunda yazan şairin əsərləri “Gor andı” (2011), “Üzü Allaha tərəf” (2017) kitablarında toplanıb.

Şair əsərlərini “Amil Avey”, “Amil Avoğlu” imzaları ilə nəşr etdirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər