MEK direktoru İstanbulda əhəmiyyətli görüşlər keçirib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru Hüseyn Hüseynov İstanbula səfəri çərçivəsində Türkiyənin İstanbul Universitetinin Mərkəzi Kitabxanasının direktoru Sonay Tahmaz Kaleci ilə görüş keçirib.

Görüş zamanı MEK-in direktoru rəhbərlik etdiyi kitabxananın həyata keçirdiyi layihə və təşəbbüslər, elektron kitabxanası, beynəlxalq əlaqələri haqqında məlumat verib, həmçinin İstanbul Universitetinin kitabxanasının fondları, nadir kitabların rəqəmsallaşdırılması üzrə mövcud imkanları ilə yaxından tanış olub.

Direktor qeyd edib ki, nadir nəşrlərin rəqəmsallaşdırılması və geniş ictimaiyyətə çatdırılması istiqamətində MEK-in həyata keçirdiyi ardıcıl və məqsədyönlü fəaliyyət mədəni irsin qorunmasına növbəti nümunədir.

Hüseyn Hüseynov qarşılıqlı əməkdaşlığın faydalı olacağını vurğulayaraq, nadir kitabların rəqəmsallaşdırılması üzrə İstanbul Universitetində istifadə olunan texnologiyaların MEK-də tətbiq olunmasından irəli gələn imkanlar barədə geniş müzakirələr aparıb.

İstanbul Universitetinin Mərkəzi Kitabxanasının direktoru Sonay Tahmaz Kaleci isə öz növbəsində görüşdən məmnunluğunu ifadə edərək, gələcəyə yönəlik birgə əməkdaşlıqlardan bəhs edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər