Filipp Kirkorov axtarışa verildi
Dərc olunub:
15-11-2024, 10:54
Filipp Kirkorovu axtarışa verilib.
Rusiya mətbuatı xəbər verir ki, Rusiyanın xalq artisti Filipp Kirkorov yol hərəkəti qaydalarını pozduğuna görə üzərinə 30-dan çox ödənilməmiş cərimə yığıldığı üçün məhkəmə icraçıları tərəfindən axtarışa verilib.
Qeyd edək ki, 2023-cü ilin dekabrından Kirkorov “Rolls-Royce” markalı avtomobilində 31 dəfə yol hərəkəti qaydalarını pozduğuna, sürət həddini aşdığına, nişanlanma tələblərinə əməl etmədiyinə, avtomobili yanlış yerdə park etdiyinə görə ümumilikdə 24 min rubl borcu toplanıb.