Aktyor yağ oğurladığı üçün tutuldu
Dərc olunub:
2-11-2024, 15:15
Bir çox seriallarda tarixi obrazları canlandıran türkiyəli aktyor Ümid Gündəş oğurluq etdiyi üçün tutulub.
Kult.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mediası yayıb.
Bildirilir ki, aktyor İstanbulun Bəylikdüzündə bir marketdən 15 min lirə dəyərində zeytun yağı oğurlayıb.
Bəylikdüzü polisi kamera qeydlərindən şübhəlinin Ümid Gündəş olduğunu müəyyən edib.
Ovçular (Avcılar) bölgəsində yaşadığı deyilən Gündəş gizləndiyi ünvanda polis tərəfindən yaxalanıb.
Qeyd edək ki, Gündəşin ən son “Quruluş Osman” serialında rol alıb.