Rəşad Məcid haqqında növbəti kitab çap olunub
Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədr müavini, 525-ci qəzet"in baş redaktoru, yazıçı, publisist Rəşad Məcid haqqında kitab işıq üzü görüb.
60 illik yubileyi münasibəti ilə onun həyat və yaradıcılığına həsr olunmuş kitabın müəllifləri Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) sədr müavini, AYB Gənclər Şurasının katibi, Prezident təqaüdçüsü, yazıçı, publisist Şahanə Müşfiq, DGTYB-nin idarə heyətinin üzvü, AYB Gənclər Şurasının üzvü, Prezident təqaüdçüsü, yazıçı Şəfa Vəlidir.
“Qələmli və qələmsiz” Rəşad Məcid portreti” adlı kitabda oxucular Rəşad Məcidin yaradıcılığı və şəxsiyyəti haqda onun ən doğmaları- ailəsi, dostları, müəllimləri, iş yoldaşlarının ürək sözləri, eləcə də müəlliflərin məqalələri vasitəsi ilə dolğun məlumatlar alacaq, qəhrəmanımızı şair, jurnalist olmaqdan əlavə, oğul, tələbə, ata, dost kimi də tanıyacaqlar. Bir insan ziyasının ömürlərə işıq salacağı həqiqətinin anladılması da nəşrin əsas qayələrindəndir.
“Ön söz”ün müəllifi DGTYB-nin başqanı, Prezident təqaüdçüsü İntiqam Yaşardır.
Kitab Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı və “XAN” nəşriyyatının dəstəyi ilə çap edilib