Azərbaycanda bank sektoruna aid ilk elmi jurnal işıq üzü görüb
2021-ci ildən fəaliyyətə başlayan "Bank and policy" jurnalının beynəlxalq lisenziyası var və elmi jurnallar üçün tələb edilən bütün beynəlxalq standartlara cavab verir.
Jurnalı nəşr edən təşkilat isə Azərbaycanda yeni olan elmi İMCRA (International Meetings and and Conferences Research Association) şirkətidir. Bir sıra uğurlu naaliyyətlrə imza atan şirkətin "Bank and policy" jurnalını təsis etməkdən məqsədi, Azərbaycanda bank və iqtisadiyyat sektorunda gedən ciddi elmi islahatlara və yeniliklərə elmi dəstək verməkdir.
Jurnal yeni olmasına baxmayaraq Index Copernicus, Philosopher`s Index, DRJİ, ISSN ROAD, Citefactor kimi nüfuzlu beynəlxalq indekslərdən keçmişdir. Jurnal, öz qarşısına yaxın gələcəkdə Scopus və Web of Science kimi ciddi elmmetrik platformalarda Azərbaycanı layiqincə təmsil etməyi məqsəd qoyur. Jurnala bank sektoru və iqtisadi sahələrlə yanaşı, eləcə də sosial siyasət, təhsil siyasəti və təhsilin iqtisadiyyatı, sosial-statistik məsələlər və sair gündəm mövzularla bağlı alim və tədqiqatçı mütəxəssislər məqalə verə bilər. Qeyd edək ki, bu sahələrdə Azərbaycanda beynəlxalq səviyyədə tanınan elmi jurnalı yox dərəcəsindədir.
Maraqlananlar bu elektron ünvana öz məqalələrini göndərə bilərlər.
editor@imcra-az.org
https://imcra-az.org/bank-and-policy/
"Bank and Policy"
P-ISSN - 2790 - 1041
E-ISSN - 2790 - 2366