Trampın tarifləri ABŞ iqtisadiyyatına azı 50 milyard dollar qazandırıb

ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi ticarət tarifləri ölkə iqtisadiyyatına azı 50 milyard dollar gəlir gətirib.

Bunu Ağ Evdə Milli İqtisadi Şuranın rəhbəri Kevin Hasset deyib.

"Tariflər tətbiq olunandan bəri biz 50-60 milyard dollar tarif gəlirləri əldə etmişik. Hər şey gözlədiyimiz kimidir və bu gün Apellyasiya Məhkəməsinin tariflərin bərpası ilə bağlı qərarından çox razıyıq", - o, "Fox News"a müsahibəsində bildirib.

Hassett əmindir ki, ABŞ-nin Beynəlxalq Ticarət üzrə Beynəlxalq Məhkəməsi çərşənbə günü Trampın tarif siyasətinin həyata keçirilməsini əngəlləməklə, digər ölkələrlə “ticarət razılaşmalarının qarşısını almağa çalışıb”. "Müqavilələrin bir çoxu imzalanmaq üzrədir. Apellyasiya Məhkəməsi bizə daha çox vaxt verdi və bu o deməkdir ki, bizim sövdələşmələri başa çatdırmaq üçün vaxtımız olacaq", - məmur əlavə edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər