Sizin Reklam Burada

Azərbaycan bankları “Kontakt”la pul köçürmələrini dayandırdı

Azərbaycan bankları “Kontakt”la pul köçürmələrini dayandırdıRusiya Mərkəzi Bankı fevralın 21-də "Qiwi Bank"ın lisenziyasını ləğv etdikdən sonra “Kontakt” ödəniş sistemi, o cümlədən Azərbaycan bankları vasitəsilə əməliyyatlarını dayandırıb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bu barədə sistemin operatoru olan "Qiwi Bank”ın saytında bildirilir.

Rusiya Mərkəzi Bankının məlumatına görə, “Qiwi Bank”ın kölgə əməliyyatları apardığı üçün lisenziyası ləğv edilib:

"Bank fiziki şəxslərlə kölgə biznesləri arasında, o cümlədən kriptovalyutaların, onlayn kazinoların və bukmekerlərin xeyrinə hesablaşmalar həyata keçirib".

Həmçinin, bu gün səhər saatlarında “Qiwi” pul cüzdanları vasitəsilə əməliyyatlar bloklanmağa başlanılıb.

Bankın saytında xidmətin müvəqqəti olaraq dayandırıldığı qeyd edilib.

Qeyd edək ki, “Kontakt” ödəniş sistemi bütün Rusiyada, yaxın və uzaq xaricdə pul köçürmələrinin qəbulu və verilməsi üçün 760 mindən çox məntəqəyə malikdir.

Son bir ildə Rusiya Mərkəzi Bankı “Qiwi Bank”a qarşı 5 dəfə məhdudlaşdırıcı tədbirlər tətbiq edib. O cümlədən, iki dəfə müəyyən əməliyyatları məhdudlaşdırılıb. Lisenziya ləğv edildikdən sonra tənzimləyici cinayət əlamətləri olan bank əməliyyatları haqqında məlumatları hüquq-mühafizə orqanlarına göndərəcək.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər