Sizin Reklam Burada

Neft ucuzlaşır, manata təzyiq artır - Ekspert

Neft ucuzlaşır, manata təzyiq artır - EkspertSon 10 gündə neftin dünya bazar qiymətində 6% azalma qeydə alınıb. Ötən ayın 28-də 81 dollara təklif edilən “Brent” markalı neftin bir barrelinin qiyməti 76 dollaradək azalıb. Qeyd edək ki, “Brent” markalı neftin 1 barrelinin 2022-ci ildə orta qiyməti 100.93 dollar olmuşdu. İlkin hesablamalara görə, bu rəqəm ötən il 82.56 dollar olub. Göründüyü kimi, neft bazarında qiymət tarazlığında ciddi dəyişiklik müşahidə edilir.

Bu sözləri iqtisadçı alim, millət vəkili Vüqar Bayramov deyib.

O bildirib ki, neftin dünya bazar qiyməti Azərbaycana daxil olan valyutanın həcmi baxımdan vacibdir:

“Azərbaycan ixracatının təxminən 80 faizini neft və neft məhsulları təşkil edir. Bu baxımdan neftin qiyməti bir tərəfdən gəlirlərimiz, digər tərəfdən ölkəyə valyutanın daxil olması baxımından vacibdir. Bununla belə, hazırda qiymət 70 dollar üstündədir və bu o deməkdir ki, büdcədə nəzərdə tutulan qiymət və müqayisədə neftin qiyməti hələlik yüksəkdir. Praktik olaraq 60 dollardan üstün qiymət fiskal gəlirlərimizin formalaşmasında çətinlik yaratmayacaq. Amma sözsüz ki, neft ölkəyə valyuta daxil olmasına xüsusi təkan verdiyi üçün 2024-cü ildə ölkəyə daxil olan vəsaitin həcmi, eləcə də təbii balansımızın vəziyyəti birbaşa neftin dünya bazarındakı qiymətindən asılı olacaq”.

Neftin qiymətinin manatın məzənnəsinə təsirlərinə gəldikdə isə Bayramov qeyd edib ki, Mərkəzi Bank 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında bu ildə də neft gəlirlərimizin manatın məzənnəsinə təsir edən əsas faktor olacağını vurğulayıb:

“Manatın məzənnəsi tədiyyə balansının vəziyyətindən, daha dəqiqi neftin qiymətindən asılıdır. Fiskal sektorun valyuta təklifi və tələbi, eləcə də iqtisadi subyektlərin məzənnə gözləntiləri valyuta bazarındakı tarazlığa təsir göstərən əsas amillər kimi qruplaşdırılsa da aydındır ki, bu indikatorlar da birbaşa enerji bazarındakı volatillikdən asılıdır. Mərkəzi Bankın məzənnə siyasəti üzrə əməliyyat hədəflərinə nail olmaq üçün valyuta bazarına zəruri hallarda müdaxilə edəcəyini bildirməsi isə ondan xəbər verir ki, enerji bazarında ciddi volatillik baş verəcəyi halda valyuta ehtiyatlarımızdan istifadə edilə bilər. Bu isə o deməkdir ki, neftin qiyməti kəskin azalacağı halda manatın məzənnəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər