Sizin Reklam Burada

"Naxçıvan Bank" bağlanır? - Rəsmi açıqlama verildi

"Naxçıvan Bank" bağlanır? - Rəsmi açıqlama verildiBir neçə kütləvi informasiya vasitələrində Azərbaycanın yeganə regional bankı olan "Naxçıvan Bank"ın bağlanacağı barədə xəbərlər yayılıb.

Avrasiya.net xəbər verir ki, Azərbaycan Mərkəzi Bankından (AMB) məsələ ilə bağlı açıqlama verilib.

Mərkəzi Bank APA-ya bildirib ki, "Naxçıvan Bank" bütün prudensial tələblərə riayət edir.

"Mərkəzi Bank tərəfindən banklarda yoxlamalar müəyyən edilmiş illik yoxlama planı əsasında aparılır. “Naxçıvan Bank” ASC-nin maliyyə dayanıqlığı göstəriciləri AMB tərəfindən müəyyən edilən prudensial tələblər çərçivəsindədir", - açıqlamada qeyd edilib. Başqa sözlə, AMB tərəfindən "Naxçıvan Bank"ın lisenziyasının məcburi qaydada ləğv edilməsi gözlənilmir.

Mərkəzi Bank həmçinin, bankın kredit portfelinin bir hissəsinin satılması və 100% səhmdarı olduğu "Naxçıvan Sığorta"nın portfelinin digər sığorta şirkətinə ötürülməsi məsələsinə də aydınlıq gətirib. Qeyd edilib ki, bankın kredit portfelinin bir hissəsinin satılması, o cümlədən sığorta şirkətinin satılması, öhdəliklərin ötürülməsi və birləşmə bankın biznes strategiyasına aid olan məsələlərdir.

Qeyd edək ki, “Kapital Bank”ın İdarə Heyətinin sədri Fərid Hüseynov dekabrın 8-də "Naxçıvan Bank"ın istehlak kreditləri portfelinin 60 milyon manata yaxın hissəsinin alındığını açıqlayıb. Paralel olaraq "Naxçıvan Sığorta"nın lisenziyası ləğv edilib və portfeli "Atəşgah Sığorta" şirkətinə ötürülüb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər