Sizin Reklam Burada

Azərbaycanın qaz ixracı coğrafiyası daha da genişlənir

Azərbaycanın qaz ixracı coğrafiyası daha da genişlənir Dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mərasimdə iştirak və çıxış ediblər.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycandan ixrac ediləcək təbii qazın ümumi həcmi isə təxminən 24 milyard kubmetr təşkil edəcək. Müqayisə üçün 2021-ci ildə bu rəqəm 19 milyard kubmetrə çatırdı.

Hazırda Azərbaycan özünün qaz təchizatının coğrafiyasını Avropa bazarına qədər genişləndirir. Bu, bütün tərəflər üçün uduşlu vəziyyətdir. Çünki Avropaya öz enerji təhlükəsizliyinin qorunması üçün qaz lazımdır, Azərbaycanın isə özünün nəhəng enerji resursları üçün etibarlı bazara ehtiyacı var. Hazırda təbii qazımız səkkiz ölkəyə ixrac edilir. Serbiya doqquzuncu ölkədir. Bu doqquz ölkənin yeddisi Avropa ölkəsidir.

Son illərdə enerji layihələrinin coğrafiyasının genişləndirilməsi, şaxələndirmə siyasətinin iştirakçı dövlətlərin maraqları baxımından bir daha nəzərdən keçirilməsi, alternativ variantların gündəmə gətirilərək siyasi və iqtisadi əhəmiyyətinin beynəlxalq müzakirəyə çıxarılması bölgədə və dünya birliyində sabitlik və əmin-amanlığın möhkəmlənməsinə geniş imkanlar açır. Rəqabət qabiliyyəti baxımından MDB məkanında birinci olan Azərbaycanın iqtisadi uğurlarını təmin edən, regionda sülhün təminatı üçün səylərini artıran neft-qaz amilinin əhəmiyyəti bütün səviyyələrdə xüsusilə vurğulanır.

Bolqarıstan Prezidenti bu layihənin reallaşdırlmasına görə, Serbiya və Azərbaycan prezidentlərinə təşəkkürünü bildirdi. Belə bir tədbirin - Yunanıstan və Bolqarıstan arasındakı interkonnektorun açlışının Sofiyada da keçirildiyini xatırladan R.Rudev qeyd etdi ki, həmin interkonnektor sayəsində Bolqarıstan, nəhayət ki, Azərbaycan qazını qəbul edə bildi. Bolqarıstan Prezidenti buna görə, Azərbaycan Prezidentinə təşəkkürünü bildirdi və Bakının bütün anlaşma və razılıqlara ciddi yanaşdğını vurğuladı. Bolqarıstan Prezidenti avropalı həmkarlarla görüşlərində Azərbaycanın etibarlı tərəfdaş olduğunu deyib.

Azərbaycanın bütövlükdə enerji strategiyası uğurla icra edilir. Bizim tərəfimizdən irəli sürülmüş və icra edilmiş layihələr Avropanın və Asiyanın - Avrasiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib etmişdir.

Dövlətimizin başçısnın bunu çıxışnda diqqətə çatdırmışdı ki, keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumunun imzalandığını və bu memorandumun hazırda effektiv şəkildə icra edildiyini xatırladıb. Memoranduma görə, Azərbaycan 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalıdır. Göründüyü kimi, ölkəmiz inamla hədəfə doğru gedir. Bunu fatlar da təsdiqləyir. 2021-ci ildə Avropa məkanına qaz ixracımız 8 milyard kubmetrdən bir qədər çox olmuşdursa, bu il bu, təxminən, 12 milyard kubmetrə çatacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. Dövlətimizin başçısı, həmçinin genişmiqyaslı planlardan da söhbət açıb. Azərbaycanın, bütövlükdə enerji strategiyasının uğurla icra etdiyini bildirib.

Sevindirici haldır ki, biz öz enerji təhlükəsizliyimizi çoxdan təmin etmişik və bu gün başqa ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində öz müsbət rolumuzu oynayırıq. Bunu bizim tərəfdaşlar, eyni zamanda Serbiya rəhbərliyi qiymətləndirirlər.

Azərbaycan heç vaxt öz enerji resurslarından başqa məqsədlər üçün istifadə etməmişdir. Bizim bu sahədəki fəlsəfəmiz və yanaşmamız ondan ibarətdir ki, enerji resursları əməkdaşlığı dərinləşdirməlidir, birliyi möhkəmləndirməlidir və əlbəttə ki, biz bu siyasəti apararaq öz milli maraqlarımızı təmin edirik. Bu gün həm bölgədə, həm dünyada bizim maraqlarımız təmin edilir.

“Biz strateji tərəfdaşıq. Çünki strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanmışdır və sözdə, sənəddə və əməldə bu yüksək statusa sadiqliyimizi göstəririk”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Allahverdi Həsənli
Xətai rayon, Əhmədli bələdiyyəsinin sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər