Sizin Reklam Burada

"DGK sistemində canlanma və dəyişikliklər hiss olunmağa başlayıb"

"DGK sistemində canlanma və dəyişikliklər hiss olunmağa başlayıb"Mən ölkənin gömrük sistemində son vaxtlar cərəyan edən prosesləri və eləcə də baş vermiş neqativ halları media üzərindən mütəmadi izləmişəm. Dövlət Gömrük Komitəsinin (DGK) sabiq sədri Səfər Mehdiyevin ölkə Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu tapşırıq və vəzifələri yerinə yetirmək əvəzinə, gömrük orqanlarını qohumbazlıq, yerlibazlıq məkanına, korrupsiya mənbəyinə çevirməsi barəfə şok faktları eşidəndə də əsla təəccüblənməmişdim. Çünki S.Mehdiyev dövlətə və xalqa xidmət etmək əvəzinə, sabotajla məşğul idi və o, özünü yüksək rütbəli məmur kimi yox, rəsmən oliqarx kimi aparırdı.

Lakin Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Şahin Bağırov Prezidentin etimadına əsasən sədr vəzifəsini müvəqqəti icra edən şəxs kimi fəaliyyətə başladıqdan sonra DGK sistemində müəyyən canlanma və dəyişikliklər hiss olunmağa başlayıb. Şahin Bağırov ölkəmizdə gömrük işinin müasir çağırışlara uyğun şəkildə qurulması, gömrük inzibatçılığının təkmilləşdirilməsi məqsədilə bir sıra mühüm addımlar atıb, islahatlara start verib. Həyata keçirilən islahatlar şübhəsiz ki, DGK-nin fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyinin təmin olunmasına xidmət edir. Bu da öz növbəsində qarşıya yeni vəzifələr qoyur.

Belə ki, kadr potensialının gücləndirilməsi üçün kadr dəyişikliklərinin həyata keçirilməsindən tutmuş, insan resurslarının inkişafı və vətəndaşların qəbuluna qədər bütün sahələrdə DGK-nin fəallığı hiss olunur. Vətəndaşların qəbulunun necə təşkil edilməsi istənilən dövlət qurumunun fəaliyyətinin effektivliyini yoxlamaq üçün monitorinq rolunu oynaya bilər. Mən bu gün Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırovun Horadiz şəhərində yerləşən Muğam Mərkəzində Füzuli, Beyləqan və Xocavənd rayonlarından olan vətəndaşları qəbul etməsinə şəxsən şahidlik etdim və bir daha əmin oldum ki, sələfindən fərqli olaraq Şahin Bağırov öz işinə həqiqətən də çox ciddi və peşəkar şəkildə, məsuliyyətlə yanaşır.

Bildiyiniz kimi dövlət başçımızın tapşırığına uyğun olaraq nazirlik və komitə rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq, operativ tədbir görürlər. Şahin Bağırovun Füzuli, Beyləqan və Xocavənd rayonlarından olan vətəndaşlarla görüşü də məhz mərkəzi icra hakimiyyəti orqanlarıının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq təşkil edilmişdi. Mənim bu gün qəbul zamanı Füzuli, Beyləqan və Xocavənd rayonları sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətlərinin Şahin Bağırov tərəfindən diqqətlə dinlənildiyini şəxsən müşahidə etmək imkanım oldu.

Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətlərinin əksəriyyəti işə qəbul, idxal-ixrac əməliyyatları və bir sıra digər spesifik gömrük məsələləri ilə bağlı olsa da, Şahin Bağırov hər bir vətəndaşın müraciətini axıra qədər təmkin və qayğıkeşliklə dinlədi. Nəticədə vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bəziləri dərhal yerində həll edildi, araşdırılmasına ehtiyac duyulan digər müraciətlər isə aidiyyəti strukturların görüşdə iştirak edən rəhbərlərinə yönləndirildi, onlara müvafiq tapşırıqlar verildi.

Mən əminəm ki, gömrük xidmətində çalışan heyətin hər bir üzvü öz işinə məhz Şahin Bağırovun sərgilədiyi nümunəvi fəaliyyət prinsipi ilə yanaşarsa, Dövlət Gömrük Xidməti Səfər Mehdiyevin sədrliyi dönəmində zədələnmiş imicini tezliklə bərpa edə və qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gələ bilər. Bu gün isə hələlik bir məqamı tam əminliklə qeyd edə bilərəm ki, Şahin Bağırovun gömrükdə başlatdığı islahatlar və kadr dəyişiklikləri cəmiyyətdə müsbət qarşılanır. Gömrükçü adına layiq olmayan şəxslər (o cümlədən, Səfər Mehdiyevin gömrük orqanlarına daraşmış yaxınları, tələbə yoldaşları), həmçinin narkotik istifadə edən gömrükçülər işdən çıxarılır. Bir sözlə, hazırda gömrük sahəsində sağlamlaşdırma, optimallaşdırma işi aparılır. Ümid edək ki, bu sahədə əvvəllər yol verilmiş bütün nöqsanlar tezliklə aradan qaldırılacaq.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər