Azərbaycanda İslam banklarının yaradılması təklif edildi
Dərc olunub:
11-10-2022, 12:28
“Bu gün bir sıra müsəlman ölkələrində İslam qaydalarına uyğun fəaliyyət göstərən banklar var. Azərbaycanda bir sıra qanunlar qəbul edilib, bəzi beynəlxalq sənədlərə qoşulsaq da, bu məsələdə problemlər mövcuddur”.
Avrasiya.net xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Parlamentari qeyd edib ki, Azərbaycanda dindar şəxslər banklara maraq göstərmirlər:
"Onlar bu səbəbdən xarici İslam banklarına üz tuturlar. Bu da ölkədən kapital axını deməkdir. Eyni zamanda, son dövlərdə ölkəmizdə dindar şəxslərin sayının artdığını qeyd etməliyik. Ona görə də, ölkəmizdə İslam banklarının, maliyyə institutlarının yaradılması mühüm əhəmiyyət kəsb edir”.