Sizin Reklam Burada

Komitə sədri neftçiləri təbrik edib

Komitə sədri neftçiləri təbrik edibSadiq Qurbanov
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri


Əziz neftçilər!

Sizi Neftçilər Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

20 Sentyabr çağdaş Azərbaycan tarixində müstəsna əhəmiyyəti olan tarixi bir gündür. 1994-cü ilin 20 sentyabrında imzalanan “Əsrin müqaviləsi” nəinki ölkə iqtisadiyyatını tənəzzüldən xilas edərək, sıçrayışlı inkişafında müstəsna rol oynadı, eyni zamanda bir dövlət kimi varlığını qoruyub saxlamasında, təhlükəsizliyinin təmin edilməsində, geosiyasi, geoiqtisadi proseslərdə aktiv iştirak etməsində Azərbaycanın yeri və rolunu müəyyən etdi. 20 sentyabr eyni zamanda Azərbaycanın müstəqilliyinə olan təhlükələrin və müstəqilliyimizin geridönməzliyini müəyyən edən gün kimi də xarakterizə edə bilərik. Bu müqavilənin imzalanmasından sonra dövlət müstəqilliyimizə təhdidlər aradan qalxdı.

Bu tarix həm də Azərbaycanın özünün və dünyanın, xüsusən də Avropanın enerji təhlükəsizliyinin, həmçinin təmin olunmasında, enerji, kommunikasiya, logistika mərkəzinə çevrilməsinin bünövrəsi qoyulduğu gündür. Bu ancaq və ancaq uzaqgörən, müdrik siyasətçi, dahi lider Heydər Əliyevin iradəsi nəticəsində mümkün olub.
O dövrü xatırlasaq görərik ki, “Əsrin müqaviləsi” çox mürəkkəb geosiaysi bir zamanda imzalanıb. Dahi liderin siyasi iradəsi nəticəsində imzalan bu sənəddən sonra Azərbaycan dövlətçiliyinə olan təhdidlər aradan qalxmağa, siyasi, iqtisadi sabitlik yaranmağa başladı və ölkəmiz geridönməz xarakter alan bir inkişaf mərhələsinə qədəm qoydu. Belə demək mümkünsə bu günkü inkişaf dövrünün bünövrəsi həmin gün qoyuldu.

Bünövrəsi Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan neft strategiyası onun layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət çağdaş dövrün tələb və şərtlərinə uyğun şəkildə yeni formada icra olunur. Bu gün Azərbaycan nefti dünya bazarına 3 kəmər vasitəsilə birbaşa çıxarılır. Eyni zamanda Azərbaycan qazı Cənub Qaz Dəhlizi vasitəsilə artıq Avropaya qədər uzanır.

28 ildə bu sahədə böyük işlər görülüb, Azərbaycan dünyada enerji ölkəsi kimi əhəmiyyətli bir ölkəyə çevrilib. Bu sahənin inkişafında çalışan mühəndislər, geoloqlar, neftçilər və başqa mütəxəssislər təbii sərvətilərimizin vətən, xalq naminə istifadə edilməsi üçün böyük işlər görmüş, fədakarcasına çalışmış və xalqımızın tarixinə şanlı səhifələr yazmışlar. Cənab Prezident İlham Əliyev neftdən gələn gəlirləri xalqın sosial rifah halında yaşamasını təmin edilməsi üçün qeyri neft sektoruna yönəldib, ölkənin davamalı iqtisadi inkişafını təmin edilməsi istiqamətinə yönəltməklə yanaşı, digər enerji növü olan qaz faktorundan çox məharətlə istifadə etdi.

Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu enerji siaysəti nəticəsində Azərbaycan bölgədə müxtəlif transmilli enerji, iqtisadi, logistika, kommunikasiya layihələrinin təşəbbüsçüsü olmaqla, Azərbaycan həmin layihələrin icrasında aktiv iştirakçı oldu. “Əsrin müqaviləsi” imzalanması ilə işə düşən “Azəri-Çıraq-Günəşli” yatağından sonra davamalı olaraq digər transmilli layihələr icrasına başlanıldı.

Bakı-Tiflis-Ceyhan, Baki-Tiflis-Ərzurum qaz kəməri, TAP, TANAP, Cənub Beynəlxalq Qaz Dəhlizi, Bakı-Tiflis-Qars dəmiryolu, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlisi, “Qərb-Şərq” tarixi İpək yolunun bərpası və sair kimi Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənərək, nüfuzunun artmasına, xalqın rifah halında yaşamasına, gözlənilən təhlükələri aradan qaldırılmasına xidmət edən çoxsaylı layihələr icra olundu və olunmaqdadır.

Nəzərinizə çatdırmaq istərdim ki, "Azəri”, "Çıraq” və "Günəşli” yatağının dərinsulu yatağının işlənməsi üzrə müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və həmin il dekabrın 12-də qüvvəyə minib və bu müqavilənin müddəti 2024-cü ildə başa çatmalı idi. Lakin 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun işlənməsi üzrə 2050-ci ilə qədər hesablanmış yeni müqavilə imzalanıb. Yeni müqaviləni Britaniyanın BP (layihə operatoru) 30,37%, SOCAR (25%), Macarıstanın MOL (9,57%), Amerikanın ExxonMobil (6,79%), Hindistanın ONGC (2,31%), Yaponiyanın Inpex Corp. (9,31%) və ITOCHU Oil (3,65%), Norwegian Equinor (7,27%), Türkiyənin TPAO (5,73%) şirkətləri imzalayıb.

Yeni saziş çərçivəsində investisiyalar 2050-ci ilə qədər olan dövr üçün 43 milyard dollar həcmində qiymətləndirilir. Blokdan 500 milyon tondan çoxneftin hasil ediləcəyi planlaşdırılır.

Prezident İlham Əliyevin enerji layihələrindən əldə olunan gəlirlərin imkanlarından istifadə etməklə dövlətimizin etibarlı formada inkişafını təmin edəcək qlobal çağrışlara çevik reaksiya, yürütdüyü siyasət nəticəsində Azərbaycan təkcə enerji qovşağına deyil, eyni zamanda nəqliyyat, transit yükdaşıma, kommunikasiya, logistika mərkəzinə çevrilib və bu istiqamətdə işlər uğurla davam etməkdədir. Bu layihələrin icrası Azərbaycanın gücünə və qüdrətinə əlavə güc qatmaqda, dünyadakı mövqeyinin möhkəmlənməsinə ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verməkdədir. Xüsusi qeyd etməliyik ki, 44 günlük “Vətən müharibəsi”ndəki şanlı qələbəmizin təmin olunmasında “Əsrin müqaviləsi”nin xüsusi yeri var.

Müasir Azərbaycan dövlətçiliyinin inkişafında mühüm rol oynayan bu günün tarixi əhəmiyyətini nəzərə alan Ulu öndər Heydər Əliyevin 20 sentyabrı neftçilər günü kimi qeyd olunması barədə fərman imzalayıb.

Əziz neftçilər! Sizi və xalqımızı bir daha 20 Sentyabr - Neftçilər Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, sizə uzun, sağlam və mənalı həyat arzu edirəm!

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər