Sizin Reklam Burada

Bu gün "Qarabağ"ın ilk rəqibi müəyyənləşəcək

Bu gün "Qarabağ"ın ilk rəqibi müəyyənləşəcəkBu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

"Report"un məlumatına görə, İsveçrənin Nyon şəhərində təşkil olunacaq tədbirdə Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqibi müəyyənləşəcək. Ağdam komandası daha yüksək reytinqlilərdən ibarət səpələnmişlər səbətində qərarlaşacaq. Ona səpələnməmişlər səbətindəki daha aşağı reytinqli "Dinamo" (Brest, Belarus), "Riqa" (Latviya), "Tirana" (Albaniya) və ya "Sileks" (Şimali Makedoniya) rəqib olacaq.

Ümumilikdə 34 komanda 5 qrupdan ibarət olmaqla, 2 səbətə bölünüb. Onlardan mübarizəyə 33-ü birbaşa qatılanlar, 1-i isə ilkin mərhələnin qalibi olacaq.

1-ci qrup

Səpələnmişlər: "Seltik" (Şotlandiya), "Legiya" (Varşava, Polşa), "Ferentsvaroş" (Macarıstan)
Səpələnməmişlər: "Yurqorden" (İsveç), İlkin mərhələdə "Linfild" (Şimali İrlandiya) / "Drita" (Kosovo) cütünün qalibi, KP (Reykyavik, İslandiya)

2-ci qrup
Səpələnmişlər: "Srvena Zvezda" (Serbiya), "Şerif" (Moldova), "Sarayevo" (Bosniya və Herseqovina)
Səpələnməmişlər: "Fola Eş" (Lüksemburq), "Konnas Ki" (Uels), "Europa" (Cəbəllütariq)

3-cü qrup
Səpələnmişlər: "Lüdoqorets" (Bolqarıstan), ÇFR (Kluj, Rumıniya), "Omoniya" (Kipr)
Səpələnməmişlər: "Buduçnost" (Podqoritsa, Monteneqro), "Ararat-Armenia" (Ermənistan), "Floriana" (Malta)

4-cü qrup
Səpələnmişlər: "Astana" (Qazaxıstan), "Qarabağ" (AZƏRBAYCAN), "Makkabi" (Təl-Əviv, İsrail), "Dinamo" (Tbilisi, Gürcüstan)
Səpələnməmişlər: "Dinamo" (Brest, Belarus), "Riqa" (Latviya), "Tirana" (Albaniya), "Sileks" (Şimali Makedoniya)

5-ci qrup
Səpələnmişlər: "Molde" (Norveç), "Dandolk" (İrlandiya), "Slovan" (Bratislava, Slovakiya), "Suduva" (Litva)
Səpələnməmişlər: "Flora" (Tallin, Estoniya), Kİ (Klaksvik, Farer adaları), "Tselye" (Sloveniya), "KuPS" (Finlandiya)

Qaydalara əsasən, pley-offadək bütün mərhələlər bir qarşılaşmadan ibarət olacaq. Cütlər müəyyənləşərkən, adı birinci çıxacaq komanda evdə oynayacaq. Görüşlər 18-19 avqustda keçiriləcək. Əsas vaxt heç-heçə ilə yekunlaşacağı təqdirdə, əlavə vaxt və yenə zərurət yaranarsa, penalti seriyası təyin olunacaq. Qaliblər Çempionlar Liqasında, məğlublar isə Avropa Liqasında II təsnifat mərhələsinə keçəcəklər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər