Bulvarda 59 yaşlı qadın dənizə düşüb - VİDEO
Dərc olunub:
23-12-2022, 14:59
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batması barədə məlumat daxil olub.
Bu barədə Avrasiya.net-ə FHN-dən bildirilib.
Məlumatla əlaqədar dərhal hadisə yerinə cəlb edilən FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları dənizdə batması ehtimal edilən 1963-cü il təvəllüdlü Qurbanova Nərminə İslam qızının axtarışlarına başlayıblar.
Hazırda qruplar tərəfindən vətəndaşın batdığı ehtimal edilən istiqamətlərdə axtarış-xilasetmə tədbirləri davam etdirilir.