Sizin Reklam Burada

11-ci sinif şagirdi özünü niyə öldürdü? - TƏFƏRRÜAT

11-ci sinif şagirdi özünü niyə öldürdü? - TƏFƏRRÜATXəbər verdiyimiz kimi ötən gün Xırdalanda 11-ci sinif şagirdi intihar edib.

Belə ki, Xırdalan şəhəri 10 saylı tam orta məktəbin 11-ci sinif şagirdi İlqar Əlizadə yaşadığı binanın 11-ci mərtəbəsindən özünü ataraq, həyatına son qoyub.

Modern.az-ın əldə etdiyi məlumata əsasən, 17 yaşlı İlqar Əlizadə ailədaxili problemlər səbəbindən intihar edib.

Yaxınlarının bildirdiyinə görə, İlqar Əlizadənin atası hər gün anasına qarşı şiddət göstərirmiş. İlqar bunu qəbul etmədiyi, ailədaxili münaqişələrə dözmədiyi üçün psixoloji sarsıntı keçirir, depressiv olurmuş. Nəticədə atasının hərəkətlərindən bezən məktəbli canına qəsd etmək qərarına gəlib.

Yoldaşlarının bildirdiyinə görə, 11-ci sinifdə oxuyan İlqar dərs əlaçısı, nümunəvi şagird olub.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər