Sizin Reklam Burada

DSX-nin hərbçisi qəflətən öldü

DSX-nin hərbçisi qəflətən öldüDekabr ayının 14-də saat 12:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” Əlahiddə Sərhəd Diviziyasının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Miran Qamət oğlu Ələkbərli xidmətdən qayıtdıqdan sonra istirahət edərkən səhhəti qəfil pisləşib.

Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Hərbi qulluqçuya intensiv tibbi yardım göstərilərək, dərhal Zəngilan rayon Ağalı kənd xəstəxanasına çatdırılıb.

Həkimlərin ciddi səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin rəyə əsasən hərbi qulluqçunun ürəktutmasından vəfat etdiyi ehtimal olunur. Hazırda əsgər Miran Ələkbərlinin ölüm səbəbinin müəyyən edilməsi üzrə müvafiq tibbi ekspertizalar təyin edilib.

Faktla bağlı prokurorluq orqanları ilə birgə araşdırma işləri aparılır.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər