Sizin Reklam Burada

Tövlədə yanğın - 39 baş iri buynuzlu tələf olub

Tövlədə yanğın - 39 baş iri buynuzlu tələf olubKürdəmir rayonunda tövlədə yanğın nəticəsində 39 baş iri buynuzlu heyvan tələf olub.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Çöhranlı kəndində qeydə alınıb.

Belə ki, fermer Qəniyev Əlvan Qəni oğluna məxsus fermanın ərazisində ümumi sahəsi 400 kv/m olan tövlənin çardaq hissəsində yanğın olub. Yanğın zamanı tövlədə olan 39 baş iri buynuzlu heyvanın bəzisi yanaraq, bəzisi isə tüstüdən boğularaq tələf olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Yanğın söndürülüb və alovun digər əraziyə keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində fermerə ümumilikdə 80 min manata yaxın ziyan dəyib. Yanğının hansı səbəbdən baş verdiyi hələ məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər