39 yaşlı qadın dəm qazından öldü
Dərc olunub:
9-12-2022, 06:11
Sumqayıtda 39 yaşlı qadın dəm qazından boğularaq ölüb.
Avrasiya.net APA-ya istinadən xəbər verir ki , hadisə şəhərin Xəzər bağlarında qeydə alınıb.
Belə ki, 1983-cü il təvəllüdlü Vüsalə Novruzova dəm qazından boğularaq dünyasını dəyişib.
Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bu, Sumqayıtda son 3 gün ərzində dəm qazından üçüncü ölüm faktıdır.