Beyləqanda öldürülən ailə üzvlərinin ADLARI - TƏFƏRRÜAT
Beyləqanda törədilən dəhşətli cinayətin təfərrüatı məlum olub.
Avrasiya.net Lent.az-a istinadən xəbər verir ki, hadisəni törədən Fuad Cəlilzadənin ailəsi ilə qətlə yetirilən ailə arasında düşmənçilik olub.
Bir neçə il əvvəl Fuad Cəlilzadənin atası Loğman Cəlilzadə qətliama məruz qalan ailənin başçısı Nadir Quliyevi yol üstündə yaba ilə vurub. O, yabanı N.Quliyevin qarnına soxub. Həkimlərin səyi nəticəsində o zaman N.Quliyevi xilas etmək mümkün olub. L.Cəlilzadə isə həbs edilib.
Məlumata görə, L.Cəlilzadə həbsdən çıxandan sonra N.Quliyevin ailəsi ilə ədavəti davam etdirib. Nəticədə bu gün L.Cəlilzadənin oğlu Fuad Cəlilzadə ov tüfəngi ilə N.Quliyevin ailəsini güllələyib.
Hadisəni törədən F.Cəlilzadə polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.
***
Bəyləqanda öldürülən ailə üzvlərinin adları bəlli olub.
Avrasiya.net APA-ya istinadən xəbər verir ki, düşmənçilik zəminində öldürülən 4 nəfərin adı aşağıdakılardır:
Quliyev Nadir Cümşüd oğlu – 56 yaş
Quliyeva Tərgül Sərxan qızı – 51 yaş;
Quluzadə Amin Nadir oğlu – 26 yaş;
Quluzadə Xəyal Nadir oğlu - 29 yaş;
Məlumata görə, ailənin 4 övladı olub. Onlardan ikisi Bakı şəhərində yaşayır. Hadisənin genişlənməməsi və təhlükəsizlik tədbirləri nəzərə alınaraq qətli törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Fuad Cəlilzadənin ailəsi yaşadığı kənddən təxliyə edilib.