"Azərsu" ASC-nin maşını piyadanı vurub öldürdü
Dərc olunub:
29-11-2022, 09:34
"Azərsu" ASC-yə məxsus avtomobil piyadanı vuraraq öldürüb.
Avrasiya.net xəbər verir ki, hadisə Hacıqabul rayonunun Muğan qəsəbəsi ərazisində baş verib.
Belə ki, qəsəbələrarası su xətlərinin çəkilməsi ilə əlaqədar ərazidə işləyən ASC-yə məxsus Əliəkbər Şıxıyevin idarə etdiyi avtomobili geriyə hərəkət edən zaman 68 yaşlı Atlas Əsədovanı vurub.
Piyada aldığı xəsarətlərdən hadisə eyrində vəfat edib.
Hazırda faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.