Salyanda 60 yaşlı kişinin namus üstə başı kəsildi – Şok təfərrüat
Salyanda baş verən qətl hadisəsi ilə bağlı inanılmaz təfərrüat yayılıb.
Avrasiya.net xəbər verir ki, noyabrın 18-də axşam saatlarında Salyan rayonu Xocalı kəndində üzərində bıçaq xəsarətləri olan 60-65 yaşlı naməlum kişi meyiti tapılmışdı. Salyan Rayon Polis Şöbəsi tərəfindən aparılan tədqiqat nəticəsində meyitin Etibar Qüdrət oğlu Məmmədov olduğu aydınlaşmışdı.
Bildirilir ki, qətl Masallı rayon sakini, 1959-cu il təvəllüdlü Etibar Məmmədovun VAZ 2107 markalı avtomobili ilə Salyan-Neftçala avtomobil yolu ilə Neftçala rayonuna doğru hərəkət etdiyi zaman baş verib. O, naməlum şəxs və ya şəxslər tərəfindən qətlə yetirilib. İzi itirmək məqsədi ilə meyit Salyan-Neftçala yolundan 2 km məsafədə yerləşən Xocalı kəndi ərazisinə (Salyan rayonu) aparılıb və kənd sakinlərindən birinin evinin qarşısına atılıb. Daha sonra geri qayıdan naməlum şəxs (və ya şəxslər) VAZ 2107 markalı avtomobili rayonun Kürqaraqaşlı kəndi ərazisindəki su kanalına atıb.
E.Məmmədovun 19 bıçaq zərbəsi ilə, amansızlıqla qətlə yetirildiyi, qətlə yetirildikdən sonra isə başının kəsildiyi iddia edilir. Bu amansızlıq isə olayın namus üstdə baş verdiyi haqda versiyanın yaranmasına səbəb olub.
Qeyd edək ki, hazırda rayonun hüquq-mühafizə orqanları qatillərin tapılması istiqamətində axtarış tədbirlərini davam etdirirlər. VAZ 2107 markalı, salonunda qan izləri olan maşın artıq kanaldan çıxarılıb.