Lənkəranda məktəbli hücuma məruz qaldı: vəziyyəti...
Dərc olunub:
21-11-2022, 10:40
Lənkəran rayonunda məktəbli naməlum şəxslər tərəfindən döyülüb.
Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında qeydə alınıb.
Belə ki, Viyən kənd tam orta məktəbinin XI sinif şagirdi, 2006-cı il təvəllüdlü İsmət Amil oğlu Qədirov naməlum şəxslərin hücumuna məruz qalıb.
O, Lənkəran Mərkəzi Xəstaxanasınin reanimasiya şöbəsinə yerləşdirilib.
Şagirdin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.