İtkin düşən qadını qardaşı öldürübmüş - FOTO
Noyabrın 16-da Cəlilabad Rayon Polis Şöbəsinə 1976-cı il təvəllüdlü Xalidə Əliyevanın itkin düşməsi ilə bağlı daxil olmuş müraciət əsasında aparılmış istintaq-əməliyyat tədbirləri zamanı onun qəsdən öldürülməsi müəyyən olunub.
Avrasiya.net xəbər verir ki, istintaqla zərərçəkmişin qardaşı, 1983-cü il təvəllüdlü Famil Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Xalidə Əliyevanı ağac parçası ilə vurub qəsdən öldürməsinə, daha sonra meyiti rayonun Uzuntəpə kəndi ərazisində basdırmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.
Famil Əliyev şübhəli şəxs qismində saxlanılaraq dindirilib və göstərdiyi yerdən meyit çıxarılaraq müayinəyə təqdim olunub.
İş üzrə istintaq davam edir.
Qeyd edək ki, Xalidə Əliyeva itkin kimi axtarışda idi.