Bakıda 38 yaşlı qadın intihar edib
Dərc olunub:
14-11-2022, 09:23
Bakıda 38 yaşlı qadın intihar edib.
Hadisə noyabrın 11-də paytaxtın Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən evlərin birində qeydə alınıb.
Belə ki, 1984-cü il təvəllüdlü Nurlanə Nəsirova yaşadığı evin tavanına bərkidilmiş iplə özünü asıb.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, N.Nəsirova evli idi, bir uşağı var.