Başçı və nazir müavini ağır qəzaya düşdü - Foto
Dərc olunub:
13-11-2022, 09:01
Naxçıvan Şəhər İcra Hakimiyətinin başçısı Mirsənani Seyidov ağır yol qəzası keçirib.
Avrasiya.net TNS-ə istinadən xəbər verir ki, icra başçısına məxsus “Cip” markalı, 75 BM 008 dövlət nömrə nişanlı avtomobil Naxçıvan şəhərinin Əliabad qəsəbəsi yaxınlığında bir neçə avtomobillə toqquşub.
İcra başçısının yanında muxtar respublikanın nazir müavinlərindən birinin olduğu bildirilir.
Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur.