Ərindən boşanmaq istəməyən qadın İNTİHAR ETDİ
Dərc olunub:
10-11-2022, 11:53
Gəncə sakini həyatına qəsd edib.
Avrasiya.net-in məlumatına görə, hadisə bu gün səhər saatlarında baş verib.
Belə ki, 32 yaşlı şəhər sakini B.Həsənova yaşadığı evin həyətində özünü asaraq intihar edib.
İlkin məlumata görə, bu gün mərhumun həyat yoldaşından boşanmaq üçün məhkəmə prosesi təyin olunubmuş. Onun bir müddətdir boşanmaq istəmədiyi üçün psixoloji gərginlik keçirdiyi bildirilir.
Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.