Rəşadın öldürdüyü şəxsin qardaşı danışdı - Video

Rəşadın öldürdüyü şəxsin qardaşı danışdı - VideoXəbər verdiyimiz kimi, məşhur meyxanaçı Rəşad Dağlı İsgəndər Mehdiyev adlı şəxsi bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib.

Axar.az xəbər verir ki, Baku TV-nin əməkdaşı hadisənin təfərrüatını araşdırmaq üçün İ.Mehdiyevin yaşadığı ünvana gedib.

İ.Mehdiyevin qardaşı hadisənin hansı səbəbdən baş verdiyini bilmədiyini deyib:

“Qardaşım oktyabrın 26-da həbsdən çıxmışdı. Rəşadla aramız yaxşı olub. Səhər Rəşad gəlib İskəndəri qapıdan apardı. Sonra da eşitdik ki, belə hadisə baş verib. Hadisənin səbəblərini bilmirik. Subay idi. Anasının 40 mərasimini yenicə keçirmişdik.