Bakıda 43 yaşlı kişi kəsici alətlə özünə çoxsaylı xəsarətlər yetirib
Dərc olunub:
2-11-2022, 06:02
Bakının Nəsimi rayonunda kişi özünə kəsici alətlə çoxsaylı xəsarətlər yetirib.
"Report"un məlumatına görə, 1979-cu il təvəllüdlü Əliyev Füzuli Yusif oğlu özünə ülgüclə xəsarətlər yetirib.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona sol saidin çoxsaylı kəsilmiş yaraları diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
Son xəbərlər
