"Şuşa qalası"nda qardaşlar dava saldı: xəsarət alan var
Dərc olunub:
10-10-2022, 11:05
Bakıda restoranda qardaşlar dava salıb, xəsarət alan var.
Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində yerləşən "Şuşa qalası" restoranında qeydə alınıb.
Belə ki, Təbriz Əmirxan oğlu Məmmədov qardaşı Nicat Məmmədovla birlikdə restoranda Sirac Xeyrulla oğlu Mustafayevə yumruq və təpiklə xəsarətlər yetirərək xuliqanlıq ediblər.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məclləsinin 221.2.1-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.