“Respublikanski”də ana və körpəsi doğuşdan sonra öldü
Dərc olunub:
4-10-2022, 10:20
Mirqasımov adına Respublika Klinik Xəstəxanasında yeni ana olmuş qadın və körpəsi ölüb.
Avrasiya.net Modern.az-a istinadən xəbər verir ki, oktyabrın 2-də saat 04 radələrində Yasamal rayonunda yerləşən xəstəxanaya gətirilmiş 1985-ci il təvəllüdlü Abdullayeva Gülnar İlham qızı təbii yolla qız uşağı dünyaya gətirib. Təxminən 6 saat sonra G.Abdullayeva xəstəxanada qəfil vəfat edib. Bundan 3 saat sonra isə onun dünyaya gətirdiyi qızı ölüb.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.