Burada Sizin reklam ola bilər!

İsmayıllıda şagird bıçaqlandı

İsmayıllıda şagird bıçaqlandıİsmayıllı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Avrasiya.net xəbər verir ki, İsmayıllı rayonunun Xanagah kənd sakini, 2003-cü il təvəllüdlü Hafiz Nəbiyev şəxsi münasibətlər zəmnində aralarında baş verən dava zamanı həmkəndlisi, Xanagah kənd tam orta məktəbin 10-cu sinif şagirdi, 2007-ci il təvəllüdlü Fətəliyev Nihat Mübariz oğlunu bıçaqlayıb.

Onların arasında mübahisə və bıçaqlanma hadisəsi kənd yolunda baş verib. Döş qəfəsindən və bədənin digər 4 nahiyyəsindən bıçaq xəsarətləri alan Nihat Fətəliyev təcili olaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Əməliyyat olunan şagirdin vəziyyəti hazırda orta-ağır qiymətləndirilir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov APA-ya bildirib ki, hadisəni törədən Hafiz Nəbiyev polis əməkdaşları tərəfindən saxlanılıb, məhkəmə-tibbi ekspertizası təyin olunub.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırmalar davam etdirilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər