Pəncərə silən qız 8-ci mərtəbədən yıxılıb öldü
Dərc olunub:
20-09-2022, 10:57
Bakıda 18 yaşlı qız bədbəxt hadisə nəticəsində ölüb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Avrasiya.net-ə bildirilib ki, sentyabrın 19-da, Binəqədi rayonu, Mir Cəlal küçəsi 72 ünvanında yaşayan 2004-cü il təvəllüdlü Sevinc Bəkdəmirova pəncərələri silərkən ehtiyatsızlıqdan 8-ci mətəbədən yerə yıxılaraq ölüb.
Rəsmi məlumata görə, faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır".