Özünü güllələdi, barmaqları amputasiya olundu
Dərc olunub:
12-09-2022, 13:38
Qəbələ Rayon Polis Şöbəsinə rayon sakini Veysəl Rüstəmovun odlu silahdan açılan atəş nəticəsində xəsarət alması və iki ayaq barmağının amputasiya edilməsi ilə bağlı məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avrasiya.net-ə verilən məlumata görə, keçirilən tədbirlərlə həmin şəxsin odlu silahla ehtiyatsız davranması nəticəsində xəsarət aldığı müəyyən edilib və ondan qanunsuz olaraq saxladığı “İJ” markalı ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırma aparılır.