Usta faciəvi şəkildə öldü
Dərc olunub:
9-09-2022, 10:12
Abşeron rayonunda usta faciəvi şəkildə ölüb.
Bu barədə Avrasiya.net-ə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, sentyabrın 8-i saat 18 radələrində Abşeron rayonu, Fatmayı kəndində 1959-cu il təvəllüdlü Elşad Məmmədovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla müəyyən edilib ki, Elşad Məmmədov qeyd edilən kənd ərazisində yerləşən fərdi yaşayış evində usta kimi suvaq işləri görən zaman hündürlükdən yıxılaraq baş nahiyəsindən almış olduğu xəsarətdən ölüb.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.