Azərbaycanda 13 yaşlı qız ana oldu
Dərc olunub:
7-09-2022, 10:51
Azərbaycanda 13 yaşlı qız təcavüz nəticəsində uşaq dünyaya gətirib.
Avrasiya.net xəbər verir ki, bu barədə Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə deyib.
O bildirib ki, ana artıq xəstəxanaya yerləşdirilib:
"Uşağın dedikləri məni bu gecə yuxu görməyə həsrət qoydu. Dünən ev şəraitində 13 yaşlı qız dünyaya uşaq gətirib. Doğulan uşaq sağdır, 13 yaşlı ana isə sığınacağımıza yerləşməyini xahiş edir”.