Bakıda reabilitasiya mərkəzində uşaqlara işgəncə verilməsini əks etdirən görüntülər yayılıb
Bakıda reabilitasiya mərkəzində uşaqlara işgəncə verilib.
Avrasiya.net-in xəbərinə görə, bu barədə sosial şəbəkələrdə videogörüntülər paylaşılıb.
Videogörüntülərdə mərkəzin əməkdaşlarının uşaqlara işgəncə verdiyi əks olunub.
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə “Report”a bildirib ki, hadisə paytaxtın Nizami rayonu ərazisində metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən "Mehnur" loqopedik və psixoloji reabilitasiya mərkəzində qeydə alınıb:
“Görüntülər bir neçə gün əvvəl çəkilib. Bu barədə adiyyəti qurumlara məlumat vermişəm”.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, məsələ artıq nəzarətə götürülüb: “Hazırda araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.