Azərbaycanda güclü partlayış baş verdi: yaralılar var
Dərc olunub:
30-08-2022, 20:25
Novxanı qəsəbəsində yerləşən "Sunset" istirahət mərkəzində dəhşətli partlayış baş verib
Avrasiya.net-in Manset.az-a istinadən məlumatına görə, istirahət mərkəzində qaz balonu partlayıb. Partlayış nəticəsində yaralananların olduğu bildirilir. Hadisə yerinə təcili tibbi yardım briqadaları və FHN əməkdaşları cəlb olunub.
Faktla bağlı əlavə məlumat veriləcək
Son xəbərlər
