Saatlıda iki övladını xilas edən şəxs və əmisi suda boğularaq ölüb -TƏFƏRRÜAT

Saatlıda iki övladını xilas edən şəxs və əmisi suda boğularaq ölüb -TƏFƏRRÜATSaatlı prokurorluğu rayon ərazisində iki nəfərin boğularaq ölməsi hadisəsinin təfərrüatını açıqlayıb

Rayon rokurorluğundan "Report"a bildirilib ki, avqustun 19-u, saat 19 radələrində Saatlı rayonu Qıraqlı kənd sakinləri – 1979-cu il təvəllüdlü Sübhan və qardaşı oğlu 1992-ci il təvəllüdlü Əkrəm Astanovun suda boğularaq ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla müəyyən edilib ki, birlikdə Araz çayının rayonun Musalı kəndindən keçən hissəsində balıq ovu edən zaman Sübhan və Əkrəm sonuncunun suya düşən azyaşlı iki uşağını xilas edərkən özləri suda boğularaq ölüb.

Azyaşlılar yaxınlıqda balıq ovlayan şəxslər tərəfindən suda boğulmaqdan xilas edilərək xəstəxanaya yerləşdirilib, hazırda səhhətləri qənaətbəxşdir.

Faktla bağlı Saatlı Rayon Prokurorluğunda araşdırma aparılır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər