Sizin Reklam Burada

Şabranın bəzi kəndlərində yanğınlar söndürüldü

Şabranın bəzi kəndlərində yanğınlar söndürüldüŞabran rayonunun Zeyvə kəndində baş vermiş yanğın söndürülüb.

Avrasiya.net xəbər verir ki, bu barədə Report-a Zeyvə kənd icra nümayəndəsi Cavid Məmmədov məlumat verib.

Onun sözlərinə görə, kənd ərazində təxminən 100 hektara yaxın meşə massivi, kol-kos yanıb:

"Evlərə ziyan dəyməyib. Yalnız meşə ərazilərinə ciddi ziyan dəyib. Həmin ərazilər də ötən gecə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən söndürülüb".

C.Məmmədov söyləyib ki, ötən gecədən kənd ərazisində elektrik təchizatı bərpa edilib:

"Bu gün isə qaz təchizatı bərpa olunacaq".

İcra nümayəndəsi bildirib ki, rayonun Pirəbədil, Sumağava, Sumağava Qazma Zöhramı kəndlərində baş verən yanğınlar da söndürülüb.

Fövqəladə Hallar Nazirliyinin ərazidə olan əməkdaşları isə deyib ki, Şabran rayonunda baş verən yanğınların çox hissəsi söndürülüb, yalnız Çuxurazəmi kəndindəki meşə massivində tədbirlər davam edir.

Qeyd edək ki, Şabran rayonu ərazisində yanğınlar avqustun 15-dən etibarən başlayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər