Bakıda 16 yaşlı oğlan itkin düşdü
Dərc olunub:
19-08-2022, 10:13
Bakıda 16 yaşlı oğlan itkin düşüb.
Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə avqustun 17-də paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini, 2006-cı il təvəllüdlü Elşad Həbib oğlu Hüseynov yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.