Bakıda 16 yaşlı qız itkin düşdü
Dərc olunub:
18-08-2022, 10:06
Bakıda 16 yaşlı qız itkin düşüb.
Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə avqustun 16-da paytaxtın Nərimanov rayonu, Montin qəsəbəsində qeydə alınıb.
Belə ki, 2006-cı il təvəllüdlü Xədicə Elnur qızı Əliyeva yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsində araşdırma aparılır.